AZ

MY Osimhenin transferindən buna görə imtina edib

"Mançester Yunayted" "Qalatasaray"ın ulduzu Viktor Osimhennun transferindən imtina edib.

Publika.az xəbər verir ki, İngiltərə klubu Nigeriya millisinin üzvü olan hücumçunu heyətinə qatmaq istəsə də, Afrika Millətlər Kubokunun cədvəli ilə bağlı narahatlıqlar səbəbindən fikrini dəyişib. Bu barədə "qırmızı şeytanlar"ın keçmiş məşqçisi Benni Makarti açıqlama verib.

Osimhen "Napoli" ilə möhtəşəm mövsüm (2022/23) keçirdikdən sonra klubun skaut heyəti tərəfindən yüksək qiymətləndirilib. Onun sayəsində İtaliya klubu liqa çempionluğunu qazanıb.

Lakin "Yunayted" Afrika Millət Kubokun görə mövsümün ortasında komandada olmayacaq hücumçunun transferinə təxminən 100 milyon funt sərf etməkdə tərəddüd edib.

Seçilən
1
publika.az

1Mənbələr