ain.az bildirir, sport24.az saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasının Liqa və pley-off mərhələsinin yekununa əsasən, "Qarabağ"ın ən çox ötürmə edən oyunçuları müəyyənləşib. Sport24.az UEFA-nın statistik hesabatına istinadən xəbər verir ki, ağdamlıların 4 oyunçusu ən çox ötürmə edən 100 futbolçu sırasına düşüb.
Bu göstəricidə "Qarabağ"da lider mərkəz müdafiəçisi Kevin Medinadır - 10 oyuna 499 ötürmə (35-ci yer).
Qeyd edək ki, Marko Yankoviç 456 ötürmə ilə 51-ci, Abdullah Zubir 420 ötürmə ilə 66-cı, Pedro Bikalyo 387 ötürmə ilə 87-ci yeri tutur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.