AZ

“Bizim üçün hələ heç nə bitməyib” – “Fənər”in baş məşqçisi

“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko UEFA Avropa Liqasının pley-off mərhələsinin “Nottinqem Forest”lə cavab oyunundan danışıb.

Msport.az xəbər verir ki, İstanbul klubu ilk matçda öz meydanında 0:3 hesabı ilə məğlub olub:

“Bizim üçün hələ heç nə bitməyib, Biz İngiltərəyə inamlı şəkildə yollanırıq və orada möcüzə etmək istəyindəyik. Zədəlilərlə bağlı vəziyyətimiz yaxşı deyil, lakin mənim işim çıxış yolu tapmaqdır. Təzyiq və gərginliyin öhdəsindən gəlirəm, amma bunun futbolçularıma təsir göstərməsini istəmirəm.

Komandama çox inanıram. Hər biri tam gücü ilə mübarizə aparacaq”.

Qeyd edək ki, “Nottinqem Forest” – “Fənərbağça” oyunu bu gün Bakı vaxtı ilə gecə saat 12-də start götürəcək.

Seçilən
25
msport.az

1Mənbələr