AZ

Hamı ermənilər deyir, lakin Xocalı soyqırımını ruslar sifariş edib!

Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir. Fevralın 26-da səhər saatlarından etibarən “Ana harayı” abidəsini ziyarət edən vətəndaşlar abidə önünə tər qərənfillər düzərək faciə qurbanlarına ehtiramlarını bildirirlər.

Ziyarətçilər arasında dövlət və hökumət nümayəndələri, eləcə də ictimai-siyasi xadimlər də var.

Turab Rzayev

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Turab Rzayev deyib ki, Xocalı faciəsi insanlıq tarixinin ən böyük soyqırımlarından biridir:

“Ancaq çox təəssüf doğuran fakt odur ki, XXI əsrə keçid dövründə min illik dəyərində belə bir qanlı hadisə baş verdi. Burada təkcə mülki şəxslərə qarşı deyil, qocalara, uşaqlara, qadınlara qarşı xüsusi amansızlıqla qətllər törədildi.

Xocalıda faktiki olaraq soyqırım olduğu halda, dünya ictimaiyyətinin bu olaya diqqəti heç də arzuolunan səviyyədə olmadı. Halbuki bu hadisədən daha yüngül olaylar dünya ictimaiyyəti tərəfindən geniş müzakirəyə çıxarılmışdı. Hətta çox qəribədir ki, biz daha sonra Serj Sarkisyanın BBC-yə verdiyi açıqlamada bu soyqırımı niyə etdiklərinin etirafını eşitdik. O, açıq şəkildə bildirdi ki, bununla azərbaycanlıları qorxutmaq və köçünü təmin etmək məqsədi güddüklərini etiraf edib.

Çox maraqlıdır ki, nə BBC-də, nə də dünya ictimaiyyətində bu açıqlama rezonans doğurdu. Etnik təmizləmə açıq şəkildə birinci ağızdan etiraf edilsə də, reaksiya istənilən səviyyədə olmadı. Müqayisə üçün deyim ki, İŞİD-in Suriya və İraqda etdiyi amansızlıq və zorakılığın misli ilə artığı ermənilər tərəfindən Xocalıda mülki şəxslərə qarşı edildi. Lakin İŞİD-in etdikləri bu gün belə geniş şəkildə müzakirə edilir, Ermənistanın etdikləri ilə bağlı isə istənilən səviyyədə reaksiya yoxdur.

Bu soyqırım təkcə Ermənistan tərəfindən deyil, SSRİ qalıqları olan ruslar tərəfindən törədilib. Açıq şəkildə deyə bilərik ki, 366-cı alay bu soyqırımda açıq şəkildə Ermənistana kömək edib, iştirak edib. Faktiki olaraq rus ordusu bu soyqırımda Ermənistana dəstək verib. Bu yenilik deyil. Bu günlərdə inquşlarla bağlı bənzər hadisələr müzakirə edilir. Osetiyadan inquşlar yenə rus ordusu tərəfindən köçürülüb. Bu, rus imperiyasının xislətidir. Əgər eyni vaxtda bənzər olaylar olursa, bu olayların sifarişçisi məhz Rusiyadır”.

Atilla Rzasoy

Seçilən
19
1
nocomment.az

2Mənbələr