Bakı. Trend:
Türkiyənin Balıkəsir vilayətində baş vermiş “F-16” qıcısınınqəzaya uğraması ilə bağlı yeni təfərrüatlar məlum olub.
Trend TürkiyəKİV-ə istinadən xəbər verir ki, Balıkesir şəhərində yerləşən 9saylı Hava Bazasında yerləşən 191-ci Kobra bölməsinin “F-16” döyüştəyyarəsi Yunanıstanla sərhəddə hava məkanına nəzarət məqsədiləfövqəladə uçuş üçün havaya qalxıb.
Məlumata görə, qalxdıqdan 3 dəqiqə sonra reaktiv döyüş təyyarəsiİstanbu-İzmir magistralının kənarında çırpılıb və pilot mayorİbrahim Bolat hadisə nəticəsində şəhid olub.
Şəhid pilotun təyyarənin düşməsindən saniyələr əvvəl katapultedib, lakin paraşütünün yerə yaxın məsafədə açılması səbəbindənhavada dolmadığı məlum olub.
Qəhrəman Pilot Bolatın təyyarəni son ana qədər idarə etməyəçalışdığı və çox işlək olan avtomobil yoluna düşməməsi üçünmübarizə apardığı bildirilir.
Təyyarənin avtomobil yoluna 10 metr qalmış düşməsi böyükfaciənin qarşısını alıb.