AZ

Ötən ay bank əmanətçilərinin depozit gəlirləri 118 milyon manata yaxınlaşıb

2026-cı ilin fevralın 1-nə (yanvar ayı üzrə) Azərbaycanda fəaliyyət göstərən bankların depozitlərə görə ödədikləri cəmi faiz xərcləri 117,7 milyon manat təşkil edib.

FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,9 milyon manat və ya 16,8% artım deməkdir.

Xatırladaq ki, əvvəlki ilin eyni dövründə (2025-ci ilin yanvar ayında) bankların depozitlər üzrə faiz xərcləri 100,8 milyon manat təşkil edirdi.

Seçilən
23
fed.az

1Mənbələr