AZ

Rusiya dron istehsalı üçün Çindən fiber optika alır

Rusiya 2025-ci ildə Çindən fiber optika alışını kəskin şəkildə artıracaq və istehsalçılar artıq rusiyalı müştərilər üçün qiymətləri 2,5-4 dəfə artırıblar.

Herbiand.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzetinin yaydığı məlumata görə, Pekin Poçt və Telekommunikasiya Universitetinin Fiber Optik Kabel Tədqiqat Mərkəzinin analitiki Çun Şenin sözlərinə görə, Rusiya ötən il mütləq ifadədə təxminən 60 milyon kilometr fiber optika istehlak edib.

Rusiyanın artıq öz fiber optik istehsalı yoxdur. ComNews Group-un baş direktoru Leonid Konikin sözlərinə görə, Saranskdakı yeganə zavod olan "Optic Fiber Systems" ASC 2025-ci ilin aprel-may aylarında Ukraynanın bir sıra dron hücumlarından sonra bağlanıb. Ölkə hazırda qlobal istehsalın 60%-dən çoxunu təşkil edən Çin təchizatçılarından tamamilə asılıdır.

Fiber optikaya tələbatın kəskin artması qiymətlərin artmasına səbəb olub. Telekommunikasiya operatorları üçün kabellərdə istifadə olunan G.652D fiber lifinin qiyməti 2025-ci ilin əvvəlində kilometr üçün 16 yuan, 2026-cı ilin yanvar ayında isə artıq 40 yuan olub.

Seçilən
12
herbiand.az

1Mənbələr