Bakı. Trend:
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo İspaniya çempionatınınikinci divizionunda çıxış edən "Almeriya" futbol klubunun 25%səhmlərinin sahibinə çevrilib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
“Uzun illərdir ki, futbol sahəsində yalnız meydanda deyil, eynizamanda ümumilikdə futbola töhfə verməyi arzulamışam. "Almeriya"möhkəm əsaslara malik, inkişaf potensialı açıq-aşkar olan İspaniyaklubudur. Mən klubun rəhbərliyi ilə birlikdə işləyərək onun növbətiinkişaf mərhələsini dəstəkləməyi səbirsizliklə gözləyirəm”, -Ronaldo vurğulayıb.
Ronaldo hazırda 41 yaşındadır, beş dəfə Çempionlar Liqasınınqalibi, Avropa çempionu, iki dəfə Millətlər Liqasının qalibi, millikomandaların, Avropa çempionatlarının, Çempionlar Liqasının və klubüzrə dünya çempionatlarının tarixində ən yaxşı bombardirdir.
Portuqaliyalı futbolçu beş dəfə “Qızıl Top” mükafatına layiqgörülüb. 2022-ci ilin dekabrında Ronaldo Səudiyyə Ərəbistanının"Əl-Nəsr" klubuna keçib.
Karyerası ərzində o, həmçinin Portuqaliyanın "Sportinq",İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" vəİspaniyanın "Real" klublarında çıxış edib.