Ötən həftə "ARB Xəbər"də yayımlanan videosüjetdə 33 il mənzili zəbt edərək elektrik enerjisinə görə 10 min 47 manat borcu yaranan Balakişi Allahverdiyev məsələ ilə bağlı açıqlama verib.
Redaktor.az-ın məlumatına görə, o bildirib ki, yaşadıqları binada qaz və su olmayıb, su xətti sakinlər tərəfindən çəkilib. Binada istilik sistemi olmadığı üçün isə elektrik enerjisindən istifadə etməyə məcbur qalıblar.
Allahverdiyev qeyd edib ki, bununla bağlı Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Suraxanı rayon şöbəsinə müraciət edib, lakin ona bildiriş gəlməyib. O, mənzildən çıxarkən heç bir məişət tullantısı qoymadığını və söküntü işləri aparmadığını da vurğulayıb.
Dövlət Komitəsindən bildirilib ki, yaranmış borcla bağlı məsələ araşdırılır. Nazirlər Kabinetinin qərarına əsasən, vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərə istifadə etdikləri elektrik enerjisinə görə adambaşına aylıq 300 kVt saat həcmində dövlət hesabına güzəşt tətbiq olunur.
Qurumdan o da qeyd edilib ki, vətəndaşın müraciəti rəsmi qaydada qəbul olunduğu təqdirdə, məsələyə qanunvericiliyə uyğun şəkildə baxılacaq.
Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.
Ətraflı reportajda: