AZ

İran Azərbaycanla hava məkanınını məhdudlaşdırıb PUA lar sərhədboyu...

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

İran Azərbaycanla sərhəd yaxınlığında yerləşən hava məkanının bir hissəsini müvəqqəti məhdudlaşdırıb.

Məlumatı uçuş monitorinq platforması "Flightradar24" yayıb.

Bildirilib ki, yayımlanan NOTAM-a (Hava İşçilərinə Bildiriş) əsasən məhdudiyyət yer səviyyəsindən 10 min futadək yüksəklikləri əhatə edir. Xəbərdarlıq pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi ilə əlaqələndirilib və müəyyən koordinatlar üzrə uçuşların təhlükəsizlik səbəbilə məhdudlaşdırıldığı qeyd olunub.

Monitorinq məlumatlarında həmin saatlarda bölgədə İran PUA-larının intensiv uçuşlarının qeydə alındığı bildirilir. Ekspertlər ehtimal edirlər ki, bu addım hərbi təlimlər və ya pilotsuz aparat sınaqları ilə bağlı ola bilər.

Maraqlı məqamlardan biri də odur ki, hadisə regionda gərginliyin artdığı dövrə təsadüf edir. Belə ki, son aylarda İran və ABŞ arasında ritorikanın sərtləşməsi, eləcə də bölgədə hərbi fəallığın artması müşahidə olunur. 

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
azpolitika.info

1Mənbələr