AZ

İspan mühəndis təsadüfən 7 min “ağıllı” tozsoran üzərində nəzarət əldə edib

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İspaniyalı mühəndis Semmi Azdufal özünə məxsus "DJI Romo" robot tozsoranını "PlayStation 5" oyun pultuna qoşmağa çalışarkən gözlənilməz problemlə üzləşib. O, təsadüfən bu markaya aid dünyanın müxtəlif ölkələrində istifadə olunan təxminən 7 min robot tozsoran üzərində idarəetmə imkanı əldə etdiyini aşkar edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Azdufal məsafədən idarəetmə üçün öz tətbiqini hazırlayıb. Lakin proqram gözlənilmədən "DJI" şirkətinin serverləri ilə qarşılıqlı əlaqəyə girib. Nəticədə mühəndis digər istifadəçilərin tozsoranlarını idarə edə, kameralar vasitəsilə ev sahiblərini müşahidə edə, danışıqları eşidə və IP ünvanlar əsasında cihazların yerləşdiyi məkanı müəyyənləşdirə bilib. Qısa müddətdə o, bu cihazlardan 100 mindən çox mesaj toplayıb.

Azdufal əldə etdiyi nəzarətdən sui-istifadə etməyib və problemi dərhal yerli mediaya, eləcə də istehsalçıya bildirib. "DJI" şirkəti təhlükəsizlik boşluğunu təsdiqləyərək aradan qaldırıldığını açıqlasa da, yeni müdafiə mexanizminin effektivliyi hələlik məlum deyil. Qeyd olunur ki, buna bənzər hallar əvvəllər digər istehsalçılarda da qeydə alınıb.

Surrey Universitetinin kompüter elmləri üzrə professoru Alan Voodvard bildirib ki, robot tozsoran və digər məişət cihazları istehsalçıları çox vaxt təhlükəsizlik məsələlərini yetərincə qiymətləndirmir, daha çox yeni funksiyalar və aşağı qiymətə fokuslanırlar. Onun sözlərinə görə, innovasiyalarla birlikdə təhlükəsizlik boşluqlarının yaranması qaçılmazdır və bu problemlər vaxtında aradan qaldırılmalıdır.

Mütəxəssislər “ağıllı” cihaz istifadəçilərinə, o cümlədən robot tozsoran sahiblərinə ilk istifadədən etibarən güclü və etibarlı parollar təyin etməyi tövsiyə edirlər. Bu, şəxsi məxfiliyə müdaxilə riskini minimuma endirməyə kömək edə bilər.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
bizimyol.info

1Mənbələr