AZ

Təyyarə qəzası barədə Bakının mövqeyi qətidir: “Rusiya hərbçilərinin səhvi idi”

ain.az, Ayna portalına istinadən məlumat yayır.

“Biz Rusiya tərəfindən bütün lazımi tədbirləri görməyi, hadisəyə hüquqi qiymət verməyi və təzminat ödəməyi gözləyirik"

2024-cü ilin dekabr ayında Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycanın mövqeyi qəti və prinsipial olaraq qalır: “bu, Rusiya hərbçilərinin səhvi idi”.

AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə deyib.

Nazirinin sözlərinə görə, Moskva Rusiya Prezidenti Vladimir Putinin 2025-ci ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı verdiyi vədləri yerinə yetirməlidir: “Təyyarə Rusiya Müdafiə Nazirliyinin səhvi səbəbindən vurulub. Biz Rusiya tərəfindən bütün lazımi tədbirləri görməyi, hadisəyə hüquqi qiymət verməyi və təzminat ödəməyi gözləyirik".

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus J2-8243 reysi ilə uçan “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. İlkin istintaq məlumatlarına görə, təyyarə Qroznıya yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb. Bundan əlavə, Rusiya tərəfinin elektron müharibə (EW) vasitələrindən istifadə etməsi səbəbindən Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə sıradan çıxıb. Bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan yoxa çıxıb.

Qeyd edək ki, 9 oktyabrda Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Rusiya Prezidenti Vladimir Putin Rusiya hava hücumundan müdafiə sisteminin işə salındığını və atılan iki raketin partladığını və Azərbaycan təyyarəsinə dəydiyini etiraf edib. Putin Rusiya tərəfinin bütün lazımi kompensasiyanı ödəyəcəyinə və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcəyinə söz verib.

Təyyarədə 67 nəfər (62 sərnişin, 5 heyət üzvü) olub. Onlardan 42-si Azərbaycan vətəndaşı (37 sərnişin, 5 heyət üzvü), 16-sı Rusiya vətəndaşı, 6-sı Qazaxıstan vətəndaşı və 3-ü Qırğızıstan vətəndaşı olub.

Qəzada 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Ölənlər arasında kapitan İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva da var. Onlara Prezident İlham Əliyuev tərəfindən Milli Qəhrəman adı verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
ayna.az

1Mənbələr