AZ

Marin Lö Pen: Namizədliyimlə bağlı qərar məndən asılı deyil

Paris, 26 fevral, AZƏRTAC

Bu şərtlərlə seçki kampaniyası aparmaq mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bunu Fransa Milli Birlik Partiyasının lideri Marin Lö Pen bildirib.

O deyib ki, elektron qolbaq taxmaq məcburiyyətində qalsa, 2027-ci ildə keçiriləcək prezident seçkisində namizəd olmayacaq.

Marin Lö Pen vurğulayıb ki, bu il iyulun 7-də Paris Apellyasiya Məhkəməsinin partiyasının parlament köməkçiləri işi üzrə qərarını öyrənəcək:“Namizədliyimlə bağlı qərar məndən asılı deyil. Qərar üç hakimdən asılıdır, onlar milyonlarla fransızın mənə səs verib-verməyəcəyinə dair qərar verəcəklər”.

O, namizəd ola bilməsə və yerini Jordan Bardellaya versə, kampaniya dövründə himayəçi rolunda çıxış etməyəcəyini deyib. “Əgər namizəd ola bilməsəm və o namizəd olarsa, mənim iştirakımın, məsləhətlərimin və təcrübəmin hansı səviyyədə lazım olduğunu özü müəyyən edəcək”, – deyə Milli Birlik Partiyasının lideri əlavə edib.

Qeyd edək ki, Marin Lö Pen birinci məhkəmə instansiyasında digər cəzalarla yanaşı, iki il elektron qolbaq taxmaq və beş il seçilmək hüququndan məhrum edilmək cəzası alıb.

 

Seçilən
41
1
azertag.az

2Mənbələr