AZ

Braziliyalı futbolçu Rusiyada oynamaq istəmədi

Filipe Koutinyo Moskvanın ÇSKA klubundan gələn təklifi qəbul etməyib.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi karyerasını ya MLS-də davam etdirəcək, ya da başa vuracaq.

Son olaraq “Vasko da Qama” ilə müqaviləsinə vaxtından əvvəl xitam verən futbolçu hazırda azad agentdir.

Braziliya millisinin sabiq üzvü karyerası ərzində “Barselona”, “Liverpul”, “Bavariya” kimi klublarda çıxış edib.

Seçilən
10
idmanxeber.az

1Mənbələr