AZ

İsveçrədə qəza törədib qaçan sürücü YAMACDAN AŞDI

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, arxadan gələn avtomobilin sürücüsü qəfildən əsəbiləşərək maşından düşüb və digər avtomobilin şüşəsinə yumruqla zərbələr endirib. Lakin insident bununla bitməyib. Qəzanı törədən sürücü yenidən sükan arxasına keçərək dairəvi yol istiqamətində hərəkətini davam etdirib. Bir qədər sonra o, idarəetməni itirərək yoldan çıxıb və avtomobil yamaca aşaraq damda park edilmiş digər nəqliyyat vasitələrinə çırpılıb. Sürücünün hazırkı vəziyyəti barədə rəsmi məlumat verilməyib. Hadisənin qəfil səhhət problemi və ya ciddi texniki nasazlıq nəticəsində baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Seçilən
5
1
Ajans.az

2Mənbələr