AZ

Ermənistanda kim nüvə stansiyası tikəcək? – Paşinyan AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Polşada xarici səfirlərlə, diplomatlarla və təhlil mərkəzlərinin nümayəndələri ilə görüşüb.

KONKRET.az xəbər verir ki, görüşdə bildirilib ki, ölkə kiçik modul nüvə elektrik stansiyasının inşasında hansı tərəfdaşla əməkdaşlıq edəcəyinə hələ qərar verməyib.

“Hazırda bu imkanları ABŞ, Rusiya, Çin, Cənubi Koreya və Fransa ilə müzakirə edirik. Ölkə üçün ən yaxşı təklifi axtarırıq və proses davam edir. Hələlik yekun qərar yoxdur, çünki müxtəlif variantları öyrənirik,” — deyə Paşinyan vurğulayıb.

Baş nazirin sözlərinə görə, fəaliyyət göstərən Metsamor AES-in 10 ildən sonra bağlanması planlaşdırılır, ona görə də yeni kiçik modul stansiya tikilməlidir.

“Son illərdə günəş enerjisi sahəsində Metsamor AES-in gücünün ikiqatını təşkil edən potensial yaratmağı bacarmışıq. Buna görə böyük AES-ə indi ehtiyac yoxdur. Ekspertlərin qiymətləndirməsinə görə, optimal həll kiçik modul elektrik stansiyasıdır,” — Paşinyan əlavə edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
26
1
konkret.az

2Mənbələr