AZ

3100 manata görə məhkəməyə verilən qazi anası “Bank of Baku”ya QALİB GƏLDİ

Kredit borcuna görə “Bank of Baku” tərəfindən məhkəməyə verilən və dəm qazından həyatını itirən 44 günlük Vətən Müharibəsi qazisi Səbuhi Məmmədovun ailəsi məhkəməni udub.
 

MÖVZU İLƏ BAĞLI:

Qazinin 3100 manatlıq borcunu silməyən “Bank of Baku” məhkəmə iclaslarına GƏLMİR


Bu barədə Bizim.Media-ya qazinin anası Sevinc Məmmədova məlumat verib.

“İndiyədək 6 dəfə məhkəmə olub. İlk 2 məhkəməyə gəlsələr də, son son 4 məhkəmədə isə “Bank of Baku”dan heç kəs iştirak etmədi. Ən son mənə məhkəmədən məktub gəldi və borcun silindiyi qeyd edildi. Bundan sonra isə bankdan artıq heç bir zəng gəlməyib”, - deyə o bildirib.

Qeyd edək ki, “Bank of Baku” üç il öncə dəm qazından boğularaq dünyasını dəyişən 44 günlük Vətən Müharibəsi qazisi Səbuhi Məmmədovun ailəsini kredit borcuna görə məhkəməyə verib. Ötən ilin sentyabrın 1-də Şirvan Şəhər Məhkəməsində məsələyə baxılıb. Onun banka 3 100 manat borcu olub və ailəsi bundan Səbuhinin vəfatından 1 ay sonra xəbər tutub.


Problem işıqlandırıldıqdan sonra bankın bu addımı qınaq obyektinə çevrilib, sosial şəbəkələrdə tənqid edilib.

Naibə Məmmədova, Bizim.Media

Seçilən
5
2
bizim.media

3Mənbələr