AZ

Polşalı mütəxəssis Qurban Qurbanovu dahi məşqçilərlə bir səviyyədə tutub

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 26 fevral, AZƏRTAC

“Qarabağ” fantastik klubdur. Komandanın baş məşqçisi Qurban Qurbanov isə peşəkarlığı ilə seçilən mütəxəssisdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Polşa millisinin sabiq baş məşqçisi Çeslav Mixneviç deyib.

Mütəxəssis 2020-ci ildə “Legiya”nın baş məşqçisi kimi Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionuna qarşı keçirdiklərini oyunu xatırladıb: “Varşavada baş tutan görüşdə 0:3 hesablı məğlubiyyətlə üzləşmişdik. “Qarabağ” həmin matçda yüksəksəviyyəli oyun nümayiş etdirmişdi. Mən Mahir Emreli ilə birgə çalışmışam. Bu müddətdə “Qarabağ”ın taktikası, oyunçuları, məşqçilər korpusu və klubun fəaliyyəti ilə bağlı mütəmadi fikir mübadiləsi aparmışam”.

O əlavə edib ki, Qurban Qurbanovun uzun illər eyni komandaya rəhbərlik etməsi sabitliyin və uğurun əsas göstəricilərindəndir: “Məsələn, uzunmüddətli fəaliyyəti ilə seçilənlər arasında Aleks Ferqyuson və Arsen Venger kimi məşqçilər də var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
azertag.az

2Mənbələr