AZ

Məşhur tikinti şirkətinin obyektində faciənin təfərrüatı

Səbail rayonu, Badamdar qəsəbəsində "Huner Group" MMC-yə məxsus villaların tikildiyi ərazidə baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.

"Cebheinfo.az" xəbər verir ki, Şirkətin rəsmisi Nəsimi Paşayev Baku TV-yə açıqlamasında bildirib ki, hadisə fevralın 25-də axşam saat altı radələrində baş verib.

"Sözügedən yaşayış evlərinin elektrik təchizatını həyata keçirmək üçün digər kommunikasiya xətləri ilə yanaşı, elektrik kabelləri quraşdırılmalıdır. Həmin ərazidən kənarda böyük bir elektrik barabanı var idi, o hərəkət etdiyi və əməkdaş da özünü itirdiyi üçün bədbəxt hadisə baş verib", - deyə o bildirib.

N.Paşayev onu da bildirib ki, hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

10:50

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsinin ərazisində baş verib. Həmin ərazidə yerləşən "Huner Group" MMC-nin tikinti sahəsində işləyən Neftçala rayon sakini 1988-ci il təvəllüdlü Ramil Əlisafa oğlu Səfərovun üzərinə elektrik barabanı düşüb. R.Səfərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

"Cebheinfo.az"

Seçilən
9
cebheinfo.az

1Mənbələr