Gürcüstanda AĞIR QƏZA: Azərbaycan vətəndaşı YARALANIB
Ajans.az yerli mediaya istinadən xəbər verir ki, avtobus və yük maşını toqquşub. Qəza zamanı iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Xəsarət alan şəxs yük maşınının sürücüsü, 49 yaşlı Azərbaycan vətəndaşıdır. O, xəstəxanaya yerləşdirilib və vəziyyətinin stabil olduğu bildirilir. Qəza səbəbindən magistral yolun bir hissəsi müvəqqəti olaraq bağlanıb, nəqliyyat isə alternativ marşrut üzrə yönləndirilib. Faktla bağlı araşdırma aparılır. 