AZ

Gazelli Art House da Sinxronlaşma” sərgisinin finisajı olub

ain.az, 525.az portalına istinadən məlumat verir.

Bakıda "Gazelli Art House"da ekofeminist nəzəriyyəsinə əsaslanan bir qrup rəssamın "Sinxronlaşma” adlı sərgisinin finisajı baş tutub.

525.az xəbər verir ki, sərgi Latviyanın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Təqdim edilən əsərlər müasir incəsənətin ifadə imkanları vasitəsilə qadın bədəni ilə təbiət arasındakı harmoniya ideyasını açır. Ekspozisiya təbiətin ritmlərini və bədənin daxili dinamikasını bir araya gətirərək onların bədii müstəvidə necə vəhdət təşkil etdiyini üzə çıxarır. Sərginin konseptual xətti Steysi Alaymonun bədən və ekosistemin qarşılıqlı nüfuzunu irəli sürən transkorpal nəzəriyyəsinə əsaslnaır. Bu baxışa görə bədən sabit bir varlıq deyil, atmosfer, su və torpaqla maddi mübadiləyə daim cəlb olunan keçirici bir prosesdir. 

Rəssamlar Fidan Abilova, Jalə Əziz, Məryəm Yusifəliyeva, Səbinə Cəfər və Leyla Quliyevanın əsərlərini bir araya gətirən sərgi “bədən-təbiət” kontinuumuna müxtəlif vizual və konseptual yanaşmalar təqdim edir. Burada vücud təkcə bioloji struktur kimi deyil, həm də ekoloji yaddaşı daşıyan canlı və açıq bir vasitə kimi təqdim olunur. 

Tədbirin açılışında Avropa İttifaqının (Aİ) Bakıdakı səfiri Mariyana Kuyundziç çıxış edərək Aİ-nin gender bərabərliyi və ətraf mühitin mühafizəsi məsələlərinə verdiyi önəmdən söz açıb.

"Biz ekologiya sahəsində çox işləyirik və təbiətin qorunmasına xüsusi diqqət yetiririk. Lakin bu iki mövzunu - qadınları və təbiəti həmişə əlaqələndirmirik. Halbuki rəssamların mesajlarına diqqət yetirmək vacibdir, çünki onlar müəyyən mənada cəmiyyətdə baş verənlərin və ya baş verəcəklərin carçısına çevrilirlər", - diplomat söyləyib. 

Latviyanın Bakıdakı səfiri Edqars Skuya öz işlərini təqdim edən bütün iştirakçılara təşəkkürünü bildirərək qaldırılan mövzuların - qadınların rolu və təbiətə qayğılı münasibətin əhəmiyyətinə diqqət çəkib.

Qeyd edək ki, "Synchrony" sərgisi dekabrın 6-da başlayıb və fevralın 28-dək davam edəcək.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
525.az

1Mənbələr