AZ

Xaçmaz rayonunda “Xocalı – tarixin silinməz yaddaşı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub (FOTO)

Bakı.Trend:

Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində Xocalısoyqırımının 34-cü ildönümünə həsr olunan “Xocalı – tarixinsilinməz yaddaşı” adlı ədəbi-bədii kompozisiya nümayişetdirilib.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri MəhəmmədBalaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə mərkəzin foyesində məktəblilərin soyqırıma həsretdikləri rəsm sərgisinə baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və Xocalıdahəyatlarını itirən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəliksükutla yad edilib.

Çıxış edənlər Xocalı soyqırımının beynəlxalq müstəvidətanıdılması, hadisələrə siyasi-hüquqi qiymətin verilməsi və tarixihəqiqətlərin gələcək nəsillərə çatdırılması istiqamətində həyatakeçirilən tədbirlərdən bəhs ediblər.

Xaçmaz Xalq Teatrının yaradıcı kollektivi və məktəblilərin birgəhazırladığı “Xocalı – tarixin silinməz yaddaşı” adlısəhnələşdirilmiş kompozisiyada 1992-ci ilin fevral gecəsi Xocalıdabaş verən dəhşətlər, dinc sakinlərin qarşılaşdığı cinayətlər bədiidillə səsləndirilib. Ana ağrısı, uşaq fəryadı və torpaq həsrəti hərbir izləyicinin qəlbinə toxunub. Səhnə əsərində şəhidlərimizinqanının yerdə qalmadığı və Prezident, Müzəffər Ali Baş Komandancənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindənXocalı şəhərinin separatçılardan təmizlənməsi, Xocalı sakinlərininyenidən doğma yurdlarına qayıtması sevinc hissi ilə qeydolunub.

Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Məqalədə:
Seçilən
16
az.trend.az

1Mənbələr