AZ

Orucluq zamanı qidalanmada yol verilənSƏHVLƏR

Endokrinoloq Yakaterina Yanq bildirib ki, bir çox insan oruc zamanı qidalanmada iki əsas səhvə yol verir. 

Redaktor.az xəbər verir ki, o, bu barədə teleqram kanalında paylaşım edib.

Yanqın sözlərinə görə, ilk səhv heyvan mənşəli məhsullara qoyulan qadağa səbəbindən monoton menyuya keçməkdir. Həkim xəbərdarlıq edib ki, bunun nəticəsində orqanizmdə vacib amin turşuları, vitamin və mineralların çatışmazlığı yarana bilər.

Mütəxəssisin qeyd etdiyi ikinci səhv isə tərkibində çoxlu karbohidrat və yağ, lakin az zülal olan oruc və vegeterian yeməklərin qəbul edilməsidir. Yanq vurğulayıb ki, belə qidalar toxluq hissi yaratmır və bu da tez-tez ara qidalanmalara və rejimin pozulmasına səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
10
2
redaktor.az

3Mənbələr