Cənubi Koreya kinosunun ustalarından Park Chan-wook Kann Film Festivalının münsiflər heyətinin sədri təyin olunub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu il 79-cu dəfə keçiriləcək Kann Film Festivalının münsiflər heyətinin sədri məlum olub.
Qeyd edək ki, 12-23 may tarixləri arasında keçiriləcək festivalın münsiflər heyətinin sədri təyin edilən Park Chan-wook "Oldboy" (Yaşlı Cavan), "No Other Choice" (Başqa Seçim Yox) kimi filmlərin rejissoru olub.
