AZ

Ailəsini Xocalıda itirən qadın faciədən danışdı Video

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Xocalı soyqırımının şahidi Vərziyar Əliyeva Baku TV-yə faciə zamanı yaşadıqlarından danışıb. 

Axşam.az xəbər verir ki, V.Əliyeva bir çox yaxınını faciədə itirdiyini deyib:

"Biz böyük ailə idik, gözəl yaşayırdıq. 1988-ci ildə eşitdik ki, ermənilər Xankəndidə toplaşırlar. Toy idi, xəbər gəldi ki, ermənilər gəlir. Toyun səsi kəsildi, güllə səsləri gəldi. Sara adlı bir qadının evinə atmışdılar. Həyat yoldaşım Xocalı hava limanında polis işləyirdi. Qaça-qaça gəldi, dedilər ermənilər hücum edib. Kamazlarla kəndə gəlib, yandırırdılar. Çayın o birində kənd var idi, qadınları ora göndərdilər ki, kişilər müqavimət göstərsin. Gecə saat 11 idi, qışqırıq gəldi. Qadın qışqırdı ki, durun, Xocalını qırdılar. Bilmirdik hara gedək. Hələ Xocalıya o qədər qar yağmamışdı. Camaat başı açıq, ayağı yalın qaçdı. Ağdam məscidinə sığındıq. Ən birinci atamı gətirdilər, uzatdılar. Birdən dedilər ki, həyat yoldaşını da gətiriblər, sağdır, amma xəstəxanadadır. Qaçdım xəstəxanaya, o qədər adam var idi... Əliyev Əbülfət Əli oğlu... Orada bildim ki, öldü. Elə bil üzünə nur gəlmişdi. Sanki üzümə gülümsəyirdi, ölməmişdi. Bacım, 3 oğlundan ikisi itkin düşüb. Hələ də onlardan xəbər yoxdur. Balaca oğlunu ermənilər ağlayan yerdə kol dibində görüb götürüb, gətiriblər əsirlərin yanına ki, kimindir. Babası orada olub, götürüb".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
axsam.az

1Mənbələr