ain.az, Azpolitika.az saytına istinadən bildirir.
Donetsk vilayətinin Baxmut şəhərindən, daha doğrusu, nə vaxtsa şəhər olmuş ərazisindən yeni görüntülər yayılıb.
“AzPolitika” xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan drondan çəkilmiş görüntülər Vladimir Putinin başlatdığı işğalçılıq müharibəsinin Ukrayna torpaqlarına və xalqına hansı bəlaları gətirdiyini bir daha ortaya qoyub.
Putinin uzun sürən qanlı döyüşlərdən və on minlərlə insanın qanı hesabına “azad edilmiş” şəhərin yerində viranə qoyulmuş ərazi var.
“Rus dünyası”nın yanmış səhraya çevirdiyi bu kiçik şəhərdə işğaldan əvvəl təxminən 70.000 insan yaşayırdı. İndi həmin şəhərin küçələrində nəinki insanlar, heyvanlar da yoxdur.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.