AZ

Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik

1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultaydan 100 il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli Sərəncamı ortaq tarixi köklərə və milli-mənəvi dəyərlərə malik olan türk xalqlarının bu gün qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün böyük perspektivlər açır.

Qurultayın tarixi dərslərinin öyrənilməsi, ənənələrinin yaşadılması və yeni nəsillərə çatdırılması müasir dövr üçün aktualdır. Dövlətimizin başçısının Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirliyində, Elm və Təhsil Nazirliyində, Milli Elmlər Akademiyasında geniş tədbirlər planı hazırlanıb həyata keçirilməkdədir.

Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, fevralın 27-28-də Azərbaycan Milli Elmlər Akademiyasının İstiqlaliyyət küçəsindəki Böyük Akt Zalında “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Bakı şəhəri XX əsrin əvvəllərindən elmi mərkəz kimi tanınıb

Seçilən
8
publika.az

1Mənbələr