AZ

Ermənistan Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması prosesində Qərbdən infrastruktur dəstəyi gözləyir

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Ermənistan–Türkiyə sərhədində yeni infrastrukturun yaradılması üçün Avropa İttifaqının dəstəyinə ümid edir və bu istiqamətdə danışıqlar aparılır. Paşinyan qeyd edib ki, hava sərhədi artıq açıqdır və müntəzəm uçuşlar həyata keçirilir, lakin əsas gözlənti quru sərhədinin də fəaliyyətə başlamasıdır. Paşinyan əlavə edib ki, Ermənistan Türkiyədən Azərbaycana və əks istiqamətdə hərəkət edəcək yük maşınları üçün tranzit marşrut təqdim etməyə hazırdır və bunun üçün zəruri infrastruktur mövcuddur.

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması prosesinə hazırlaşır, bunun üçün Avropa İttifaqının dəstəyi ilə infrastrukturun yaradılması lazımdır.

Zeynal Əmrəliyev

“Ümumiyyətlə, Ermənistanda son zamanlarda Rusiyanın orbitindən uzaqlaşaraq, Qərbə doğru inteqrasiya prosesinə başladıqdan sonra bəzi ölkədə keçirilən əsas layihələrin Avropa İttifaqı və yaxud ABŞ-ın maliyyələşdirmə proqramlarına cəlb edilməsi istiqamətində addımlar atılır. Yəni çalışırlar ki, müxtəlif dövlət əhəmiyyətli layihələr ya Avropa İttifaqı, ya da ABŞ tərəfindən maliyyələşdirilsin. Bu sərhəd infrastrukturunun yaradılmasını da görünür ki, Paşinyan hökuməti məhz Avropa İttifaqının üzərinə qoymaq istəyir”-deyə politoloq qeyd edib.

“Sərhədlərin açılması, ümumilikdə regionun şəraitinə çox müsbət təsir göstərəcək bir hadisədir. Uzun müddətdir Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində həm Azərbaycan-Ermənistan, həm də Ermənistan-Türkiyə sərhədləri bağlı qalmışdı. Sərhədlərin açılması Türkiyə-Ermənistan arasında ticarət dövriyyəsinin artmasına gətirib çıxara bilər. Bu, hər iki ölkədə iqtisadiyyata müsbət təsir edəcək bir məsələdir. Xüsusilə, Ermənistan üçün həyati əhəmiyyəti vacib bir məsələdir ki, bu, Rusiyanın həm Ermənistanın yeyinti sənayesi üzərində, həm də digər gündəlik tələbat malları üzərindəki dominantlığının sona yetməsinə gətirib çıxara bilər, Türkiyədən Ermənistana daha çox mal axınına səbəb ola bilər”-deyə Zeynal Əmrəliyev bildirib.

Politoloq hesab edir ki, Azərbaycan-Ermənistan sərhədlərinin açılması da Cənubi Qafqazda yeni geosiyasi reallıqların yaranmasına gətirib çıxaracaq: “Bu, Cənubi Qafqazda iqtisadi əlaqələrin güclənməsinə və bölgəni daha da iqtisadi cəhətdən canlanmasına gətirib çıxaracaq mühüm əhəmiyyətli bir məsələdir”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
bizimyol.info

1Mənbələr