AZ

Xankəndi nin futbolçusu: Əsas rəqibimizi məğlub etmək çox önəmli idi

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"İlk hissədə rəqibi daha çox geridə qarşıladıq deyə qapımızda qol gördük. İkinci hissədə hücumda oynadıq". Bu sözləri Sport24.az-a açıqlamasında İkinci Liqa təmsilçisi "Xankəndi"nin futbolçusu Elşad Manafov deyib.Müdafiəçi liqanın XV turunda baş tutan "Qaradağ Lökbatan"la matçı şərh edib:"Soyuqqanlığımızı qorumalıydıq. Məşqçimizin əvəzetmələri də özünü göstərdi. Bunun nəticəsində iki qol vura bildik. "Qaradağ Lökbatan" kimi əsas rəqibi məğlub etmək və turnir cədvəlində önə keçmək üçün çox önəmli idi. Komanda şəkilində bu matça gözləyirdik". Manafov qış fasiləsində yaxşı hazırlaşa bildiklərini deyib: "Çempionat uzun marafondu. Mövsümün əvvəlində ilk turlar bizim üçün çətin keçirdi. Sonradan komandamız çempionata uyğunlaşa bildi. Heyətimizdə təcrübəli, hər cür ab-havada oynamış futbolçular var".Qeyd edək ki, matç "Xankəndi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
sport24.az

1Mənbələr