AZ

ABŞ-yə MESAJ:Düşmən siyasətindən İMTİNA ETMƏLİDİR

Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, Kim eyni zamanda nüvə silahı potensialını artırmaq hədəfini bir daha vurğulayıb və Cənubi Koreyaya sərt mesaj göndərib. Şimali Koreya lideri Kim Çen In ABŞ ilə münasibətlərin Vaşinqtonun Pxenyanın nüvə dövləti statusunu qəbul etməsindən asılı olduğunu deyib. Paytaxtda keçirilən Koreya Fəhlə Partiyasının qurultayında çıxış edən Kim bildirib ki, ABŞ “düşmən siyasətindən imtina edərsə” və Şimali Koreyanın Konstitusiyada təsbit olunmuş nüvə mövqeyinə hörmət göstərərsə, iki ölkə “yaxşı münasibətlər qura bilər”. Dövlət xəbər agentliyi KCNA-nın məlumatına görə, Kim ABŞ–Şimali Koreya münasibətlərinin gələcəyinin “tamamilə ABŞ-nin mövqeyindən asılı” olduğunu qeyd edərək, “Həm dinc yanaşı yaşamaq, həm də daimi münaqişə mümkündür; biz hər ikisinə hazırıq” deyib. Digər tərəfdən, Kim Cənubi Koreyaya qarşı sərt ifadələr işlədərək Seul rəhbərliyini “ən düşmən qüvvə” adlandırıb. AFP-yə danışan bir analitik Kim-in son açıqlamalarının “Cənubi Koreyanı vasitəçi etmədən ABŞ ilə birbaşa və müstəqil münasibətlər qurmaq niyyətinə” işarə etdiyini bildirib. Kim həmçinin nüvə başlıqlarının sayını artırmaq və nüvə əməliyyat imkanlarını genişləndirmək layihələrinə sürət verəcəklərini açıqlayıb. Beynəlxalq sanksiyalara baxmayaraq, Şimali Koreya son illərdə qadağan olunmuş qitələrarası ballistik raket sınaqlarını davam etdirib. Ötən il ölkənin təxminən 50 nüvə başlığına malik olduğu təxmin edilirdi. Kim 2024-cü ilin noyabrında da ölkənin nüvə proqramının “məhdudiyyətsiz” şəkildə genişləndirilməsinə çağırış etmişdi.

ABŞ Prezidenti Donald Trampın son təhlükəsizlik strategiyası sənədində Şimali Koreyanın nüvə silahlarından tamamilə azad edilməsinə açıq istinadın yer almaması, 2019-cu ildə dayandırılan Tramp–Kim təmaslarının yenidən başlaya biləcəyi barədə şərhlərə səbəb olmuşdu. Kim isə daha əvvəlki açıqlamalarında nüvə silahsızlanmasının gündəmlərində olmadığını vurğulamışdı.

Seçilən
9
Ajans.az

1Mənbələr