AZ

Azərbaycanın Milli Qəhrəmanı - şəhid Aqil Quliyevin anım günüdür!

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Aqil Quliyev 1963-cü ilin sentyabrın 19-da Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində anadan olub.

QHT.az xəbər verir ki, Azərbaycan Neft Akademiyasının üçüncü kursunda təhsil alarkən hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra 1985-ci ildə Xarkov Ali Milis məktəbinə daxil olub. Məktəbi fərqlənmə ilə bitirdikdən sonra 1988-ci ildə Milli Ordu qərargahına gələrək hərbi xidmətə yazılıb. O, həmin il Qarabağ müharibəsinin başlanmasını Xarkovda eşitdikdən sonra Bakıya qayıdıb və və Azərbaycan Silahlı Qüvvələrinin qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş edib. Vəziyyətin get-gedə gərginləşdiyi Xocalıya yollanan Aqil Quliyev "Xocalı" taburunun komandiri Tofiq Hüseynovla görüşərək döyüş mövqeyini möhkəmlətməyə başlayıb.

1992-ci ilin fevralın əvvəlində ermənilər rus ordusu ilə birlikdə Xocalını mühasirəyə aldıqdan sonra Aqil Quliyev mülki vətəndaşları Xocalıdan çıxarmaq üçün 11 nəfər döyüşçüsünü götürüb və mühasirəni yarmaq üçün erməni postuna hücum edərək 21 düşmən əsgərini məhv edib. Bu döyüş zamanı Aqil Quliyev ağır yaralanıb və onu xəstəxanaya çatdırmağa çalışan döyüş yoldaşları ermənilərin pusqusuna düşüb. 25 fevralda baş verən bu pusqu zamanı Aqil Quliyev və döyüş yoldaşları qəhrəmancasına şəhid olublar.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Aqil Sahib oğlu Quliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad, xatirəsi əbədi olsun!

Seçilən
17
qht.az

1Mənbələr