AZ

Çay dəmirin sorulmasını azaldırmı? - Mütəxəssisdən xəbərdarlıq

Çay dəmirin sorulmasını azalda bilər.

Ölkə.Az xəbər verir ki, bu barədə diyetoloq Zenfira Sadiqqızı məlumat verib. O bildirib ki, buna səbəb çayın tərkibində taninlər (polifenollar) olmasıdır:

“Bu maddələr qidadakı dəmirlə birləşir və onun bağırsaqlardan qana keçməsini çətinləşdirir.

Hansı dəmir daha çox təsirlənir?

Bitki mənşəli dəmir (lobya, mərcimək, ispanaq və s.) çox azalır , heyvan mənşəli dəmir (ət, qaraciyər) daha az təsirlənir, amma yenə də azalır”.

Nə qədər təsir etdiyinə gəldikdə isə mütəxəssis əlavə edib:

“Araşdırmalara görə, yeməklə birlikdə içilən çay dəmirin sorulmasını 40–60% azalda bilər.

Bu qanazlığı (dəmir çatışmazlığı) olanlar, hamilələr, uşaqlar, gündə çox çay içənlər üçün daha risklidir.

Çayı yeməkdən 30–60 dəqiqə sonra içmək, açıq içmək, dəmir mənbələri ilə birlikdə C vitamini (limon, portağal, salat) qəbul etmək daha doğrudur.

Qısa nəticə: Çayı yeməklə içmək dəmir sorulmasını azaldır. Fasilə ilə içmək problemi böyük ölçüdə aradan qaldırır”.

Billurə


 

Seçilən
14
olke.az

1Mənbələr