AZ

Tanınmış bloqer “El Kapitan” 10 il yarım müddətinə azadlıqdan MƏHRUM EDİLDİ

Peterburqlu bloqer “El Kapitan” 10 il yarım müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Sankt-Peterburqlu tanınmış bloqer “El Kapitan” (Yuri Kuznetsov) 10 il 6 ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilib.

Peterburq prokurorluğunun məlumatına görə, Kuznetsov külli miqdarda narkotik vasitələrin qanunsuz satışı cəhdində təqsirli bilinib.

Bloqer 2025-ci ildə mənzillərin birində “treş-strim” (qalmaqallı canlı yayım) həyata keçirərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

Həmin vaxt əməliyyatçılar mənzildən doqquz qrama yaxın mefedron və Rusiyada qadağan olunmuş müxtəlif steroidlər aşkar etmişdilər.

Məhkəmə prosesi zamanı Yuri Kuznetsov aşkar edilən narkotik maddələrin satış üçün deyil, şəxsi istifadəsi üçün olduğunu iddia edib. Lakin məhkəmə toplanmış sübutları əsas götürərək onun barəsində uzunmüddətli həbs qərarı çıxarıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
10
interpress.az

1Mənbələr