AZ

Ədliyyə Nazirliyində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib



Ədliyyə Nazirliyində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan nazir müavini Abiddin Hüseynov Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, 1992-ci il fevralın 26-da dinc əhaliyə qarşı törədilmiş qətliam nəticəsində yüzlərlə insan xüsusi amansızlıqla qətlə yetirilib, minlərlə sakin yaralanıb və girov götürülüb. Nazir müavini qeyd edib ki, Azərbaycan xalqı bu ağır faciəni heç vaxt unutmur və unutdurmayacaq. O, həmçinin diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycanın rəşadətli Ordusunun şücaəti nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, bununla da şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanı yerdə qalmayıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Məlahət Həsənova Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını qeyd edib. O, faciənin dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətidən danışıb. Millət vəkili vurğulayıb ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində bu kimi anım tədbirlərinin xüsusi rolu var.

Xocalıda üçrəngli bayrağımızın dalğalanması tarixi ədalətin bərpasının və faciə qurbanlarının xatirəsinə göstərilən ali ehtiramın bariz ifadəsidir.

Süleyman
Seçilən
24
newscenter.az

1Mənbələr