Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Vüsal Nəsirli və agentliyin digər rəhbər heyəti fevralın 26-sı Xocalı soyqırımı abidəsini ziyarət edib.
“İki sahil” xəbər verir ki, Agentliyin rəhbərliyi abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsinə ehtiram nümayiş etdirib.