AZ

Təhsil və əmək qanunvericiliyinə mühüm dəyişikliklər

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Respublikasının Milli Məclisi Əmək Məcəlləsinə və “Təhsil haqqında” Qanuna dəyişiklikləri nəzərdə tutan layihənin müzakirəsi tamamlanacaq.

Bakıvaxtı.az bildirir ki, layihə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində çalışan müəllimlərin hüquqi statusunun gücləndirilməsini hədəfləyir.

Dəyişikliklərə əsasən, indiyədək yalnız ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərə şamil olunan bir sıra hüquq və mexanizmlər artıq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müəllimlərinə də aid ediləcək. Bu əlavələr Əmək Məcəlləsinin 67-2-ci, 70-ci maddələrinə, həmçinin “Təhsil haqqında” Qanunun bir neçə maddəsinə daxil edilib.

Yeni düzəlişlər musiqi və incəsənət təmayüllü dövlət məktəblərində çalışan müəllimlərin işə qəbul, attestasiya, sosial təminat və peşəkar inkişaf mexanizmlərinə bərabər şəkildə çıxışını təmin edir. Beləliklə, həmin təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoqlar ümumi təhsil müəllimləri ilə eyni hüquqi status əldə edəcək.

Qanun layihəsi müəllimlərin sosial müdafiəsinin genişləndirilməsi, dövlət dəstəyinin artırılması və təhsil sistemində vahid standartların formalaşdırılması baxımından mühüm addım kimi qiymətləndirilir.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
bakivaxti.az

1Mənbələr