AZ

"Yaxşı ki, atam tez öldü"

Müğənni Əbdül Xalid diqqət çəkən açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, dünyasını dəyişən valideynləri barədə söz açıb:

""İki il əvvəl atamı itirdim. Mənim üçün dost idi. İnsan itirəndən sonra qədrini bilir, onları axtarır. Hər şeyi tapmaq olur, övladı da, amma valideyni tapa bilmirsən. Atam gecə yuxuma gəlib. Bəzən çox yoruluram. Bütün günü valideynlərimlə yuxuda danışıram. İnsan yaşlandıqca valideynə, bir quru sözə ehtiyac duyur. Atamın son istəyi ilə sənətə yenidən qayıtdım. Dedi ki, səni boynubükük görmək istəmirəm. Yaxşı ki, mənim aldğım zərbəni görmədi. Bəzən fikirləşirəm, yaxşı ki, rəhmətə getdi, bu şeyləri görmədi. Tez getməyi yaxşı oldu. Anam deyirdi ki, vaxt gələcək, gəlib daşa deyəcəksən haradasan? Fikirləşirdim ki, bəsdir. Övlad anadan yetim qalır".

Milli.Az

Seçilən
1
3
milli.az

4Mənbələr