AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, bu gün baş tutan iclasda qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:
Region Liqasının “Beyləqan” FK - “Bakı” TFK oyunu “Bakı” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Bakı” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Analoji hal 3-cü dəfə təkrarlandığı üçün “Bakı” TFK yarışdan kənarlaşdırılıb.
Region Liqasının “Qobu” PFK - “Crystal FC” oyunu “Crystal FC” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Crystal FC” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Region Liqasının “Universal Football Academy” - “Dirçəliş” FK oyununda “Dirçəliş”in heyətində adı protokolda olmayan Ələkbər Əliyev iştirak etdiyi üçün “Dirçəliş”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasının “İmişli” PFK – “Hacıqabul” oyununda “İmişli” meydana başqa komandaların formaları və nömrəsi olmayan formalar ilə gəldiyi üçün “İmişli”yə 500 AZN məbləğində cərimə verilib. Kluba bu halın növbəti dəfə təkrarlanacağı halda yarışdan kənarlaşdırılması ilə bağlı xəbərdarlıq edilib.