AZ

Hər gün çoxlu araq içirdi, görünüşü hamını şoka saldı

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Böyük Britaniyada bir kişi illər boyu alkoqoldan sui-istifadə edib. Vəziyyət o həddə çatıb ki, o, gün ərzində araq və 6 şüşə şərab içir, daha sonra isə ümumiyyətlə gündə bir neçə şüşə araq qəbul edirmiş. Zərərli vərdişdən qurtulmaq qərarına gələndə isə orqanizminin vəziyyəti onu şoka salıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 21 yaşından davamlı içki içən, dərisi saralmış və “Simpsonlara bənzəmiş” kişi indi artıq içki içmədiyini və başqalarına da alkoqoldan imtina etməyə kömək etdiyini deyir. Şon Holland 18 yaşında içməyə başlayıb. Onun sözlərinə görə, pivə ona təşviş və panik pozuntuları ilə mübarizə aparmağa kömək edib.

21 yaşına qədər Şon səhərlər landşaft dizayneri kimi işləyərkən pivə içməyə başlayıb və içməsə, onda titrəmə yaranırmış. Daha sonra 27 yaşında o, şərab və sərt içkilərə keçib: səhər yeməyində 200 qram araq içir, gün ərzində isə altı şüşə şərab qəbul edirmiş.

Hər gün alkoqola 55 funt xərcləyən Şon bildirib ki, sərxoş vəziyyətdə aqressivləşirmiş və 2023-cü ilin avqustundan 2024-cü ilin oktyabrına qədər alkoqolla əlaqəli cinayətlərə görə üç dəfə həbsxanaya düşüb.

O, ötən ilin martına qədər gündə iki-üç litr təmiz araq içdiyini deyir.

2025-ci ilin mart ayında, doğum günündə, uğursuz intihar cəhdindən sonra içi boş spirtli içki şüşələri ilə dolu otel otağında ayıldıqdan sonra alkoqola “son qoymağa” qərar verib.

Alkoqoldan imtina etdikdən sonra o, xəstəxanaya yerləşdirilib. Həkimlər Şonun qaraciyər hepatiti, qaraciyər zədələnməsi, böyrək zədəsi, dalağın iltihabı və pankreatitdən əziyyət çəkdiyini müəyyən ediblər. Onun sidiyi qara rəngə çevrilmiş, bütün bədəni isə üç ay ərzində saralmışdı. İnsanlar onun “Simpsonlar” cizgi filminin qəhrəmanına bənzədiyini deyiblər.

Xəstəxanadan çıxdıqdan sonra Şon iki ay reabilitasiya mərkəzində qalıb və hazırda artıq 11 aydır ki, alkoqol qəbul etmir.

İndi o, alkoqol asılılığından əziyyət çəkən insanlara zərərli vərdişdən qurtulmağa kömək edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
lent.az

1Mənbələr