Bakı, 26 fevral, AZƏRTAC
Fəxr edirəm ki, Qalib ölkənin vətəndaşıyam və bu gün torpaqlarımız azaddır. Allah şəhidlərimizə rəhmət eləsin.
Bu sözləri AZƏRTAC-a ibtidai sinif müəllimi Gültəkin Cəfərova deyib.
O vurğulayıb ki, gənclərimiz Xocalıda yaşananları unutmurlar: “Bir müəllim olaraq hadisələri şagirdlərimizlə paylaşırıq. Onların gözlərində bəzən kədər, bəzən sevinc görürük. Xalqımızın üzləşdiyi soyqırımlar haqqında danışdıqda onlar kövrəlirlər. Amma eyni zamanda, Zəfər qazanmış ölkədə yaşadıqları üçün qürurludurlar.”