Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycanın Əlcəzairdəki səfirliyində anım tədbiri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsindən bəhs edən filmə və səfirlikdə təşkil olunan fotosərgiyə baxıblar.
Mərasimdə çıxış edən səfir Tural Rzayev 25 il əvvəl Ermənistanın sovet ordusunun 366 motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərində törətdikləri vəhşiliklər barədə məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin Xocalı faciəsinə verdiyi siyasi-hüquqi qiyməti xatırladaraq, bu soyqırımının ilk dəfə məhz Ulu Öndərin rəhbərliyi dövründə beynəlxalq müstəviyə çıxarıldığını qeyd edib. Diplomat Azərbaycanın işğal altında olan ərazilərinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilməsi ilə haqqın və ədalətin bərqərar olunduğunu deyib.
Tədbir çərçivəsində faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, Xocalı soyqırımı ilə bağlı məlumatlar və tədbirlə əlaqədar xəbərlər Əlcəzairin nüfuzlu “ennaharonline”, “timesalgeria.kesug”, “dzayerinfo”, eyni zamanda, Mavritaniyanın və Tunisin geniş oxucu kütləsinə sahib xəbər portallarında geniş şəkildə işıqlandırılıb.