AZ

Dövlət Əmək Müfəttişliyi Xidməti Jalə Əhmədovaya cərimə xəbərlərini təkzibETDİ

Xəbər verdiyimiz kimi, "İDDO Psixi Sağlamlıq Proqramı" İctimai Birliyinin rəhbəri Jalə Əhmədova barəsində inzibati protokol tərtib edilib, belə ki, o, 2 min manat məbləğində cərimə olunub. Bildirilib ki, ictimai birlikdə çalışan əməkdaşlardan biri əmək hüquqlarının pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədovaya Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimə tətbiq olunması barədə yayılan məlumat tamamilə əsassızdır.

Xidmətdən verilən açıqlamada bildirilib ki, “İDDO Psixi Sağlamlıq Proqramı” müddətli proqram kimi fəaliyyət göstərir və ictimai birlik deyil. Proqramla bağlı heç bir cərimə tətbiq edilməyib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
11
redaktor.az

1Mənbələr