AZ

İlham Əliyev Ərdoğana zəng edərək ad gününü təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Aznews.azxəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, ona uzun ömür, cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Seçilən
4
38
aznews.az

10Mənbələr