
ABŞ Cenevrədə Tehranın güzəştlər siyahısını təqdim edib və İrana əməl etmədiyi təqdirdə başqa variantlara əl atacağını açıqlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, şərtlərə daxildir:
İran Fordo, Nətənz və İsfahandakı obyektlərini tamamilə sökməlidir (yəni məhv etməlidir).
Bütün zənginləşdirilmiş uran ABŞ-yə təhvil verilməlidir.
Saziş daimi olmalıdır və İrana heç bir zənginləşdirməyə icazə verilməyəcək.
Qeyd olunub ki, bütün bunların müqabilində ABŞ müharibəsiz və məhdud sanksiyaların aradan qaldırılması vədini təklif edir.
Daşqın HəsənovMissiya.Az