“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) istiqraz buraxır.
"APA-Economics" bu barədə bankın emissiya prospektinə istinadən xəbər verir.
Məlumata görə, ABB hər birinin nominal dəyəri 100 manat olan 1 milyon ədəd olmaqla ümumilikdə 100 milyon manat həcmində faizli, təmin edilməmiş, adlı, sənədsiz istiqraz buraxır.