AZ

Rusiya müharibəni davam etdirəcək

Nəhəng iqtisadi təzyiqlərə baxmayaraq, Rusiyanın hərbi potensialı zəifləmir.

"Cebheinfo.az" xəbər verir ki, "The Guardian" qəzetinin təhlilinə görə, ekspertlər təkcə Ukrayna üçün deyil, həm də Avropa üçün artan raket və pilotsuz uçuş aparatı təhlükəsinə diqqət çəkirlər.

Analitiklərin qiymətləndirməsinə görə, Rusiyanın 2025-ci il üzrə müdafiə xərcləri ən azı 186 milyard dollar təşkil edib. Bu rəqəm Ümumi Daxili Məhsulun (ÜDM) təxminən 7,3%-nə bərabərdir. Sözügedən göstərici ABŞ-nin və Böyük Britaniyanın müdafiə xərclərindən qat-qat yüksəkdir.

Lakin bu proqnoz xərclərin bir neçə il ərzində kəskin artdığı dövrdən sonraya təsadüf etdiyi üçün, Rusiyanın hərbi potensialının hələ də yüksək olduğuna işarə edir.

Xəbərdə atəşkəs danışıqlarının davam etdiyi bir dövrdə Rusiyanın Ukraynanın kritik infrastrukturuna və şəhərlərinə qarşı hücumlarını intensivləşdirdiyi vurğulanır.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr