AZ

Britaniyada Ukraynanın ilk pilotsuz uçuş aparatı zavodu fəaliyyətə başladı

Bakı. Trend:

Britaniyanın Suffolk qraflığında Ukraynanın ilk pilotsuz uçuşaparatı (PUA) istehsalı zavodu fəaliyyətə başlayıb.

Trend bu barədəBritaniya KİV-ə istinadən xəbər verir.

Ukraynanın “Ukrspecsystems” şirkəti Mildenhall və Elmsettərazilərində yerləşən obyektlərə 200 milyon funt sterlinq sərmayəyatırıb. Britaniyanın müdafiə hazırlığı və sənaye üzrə naziri LukePollard bildirib ki, bu investisiya iki ölkə arasında müdafiəəməkdaşlığını daha da dərinləşdirir.

Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnı isə qeydedib ki, Böyük Britaniyada zavodun yaradılması strateji baxımdanməntiqlidir ,istehsalın fasiləsizliyini təmin edir:

“Bu, ağırlıq mərkəzinin Ukraynadan uzaqlaşdırılması demək deyil.Bu, birgə imkanlarımızın genişləndirilməsi və istehsalındavamlılığını təmin edən ikinci müdafiə xəttininyaradılmasıdır”.

Qeyd edək ki, Böyük Britaniya daha əvvəl Ukraynada yerləşənUkrspecsystems zavodlarından 80-dən çox “SHARK” və “Mini-SHARK”pilotsuz uçuş aparatı sifariş edib və müəssisənin açılışını ikiölkə arasında 100 illik tərəfdaşlığın “aydın nümayişi” kimiqiymətləndirib.

2014-cü ildə təsis edilmiş şirkət müxtəlif növ pilotsuz uçuşaparatları istehsal edir. Böyük Britaniyanın Müdafiə Nazirliyininməlumatına görə, bu dronlar 2022-ci ilin fevralından etibarənRusiyaya təxminən 3 milyard ABŞ dolları (2,6 milyard funt sterlinq)həcmində ziyan vurub.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr