AZ

Yasamalda iki avtomobil toqquşdu

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az xəbər verir ki, qəza Nariman Narimanov heykəlinin yaxınlığında qeydə alınıb.

Hadisə zamanı "Chevrolet Cobalt" və "KİA Sorento" markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Qəza səbəbindən ərazidə qısa müddətli sıxlıq yaranıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Seçilən
12
far.az

1Mənbələr