AZ

Nişan fotoları illər sonra gündəm oldu

İki uşaq sahibi olan, 9 illik türkiyəli evli cütlük Fahriye Evcen və Burak Özçivitin nişan fotoları illər sonra sosial mediada yenidən diqqət mərkəzinə düşüb.

Ölkə.az xəbər verir ki, "Çalıkuşu" serialının çəkiliş meydançasında başlayan dostluqları real həyatda sevgiyə çevrilən Fahriye Evcen və Burak Özçivit 9 mart 2017-ci ildə Almaniyada nişanlanmışdılar. Mərasim Evcenin ata evində və ailə arasında baş tutmuşdu.

29 iyun 2017-ci ildə Türkiyədə Sait Halim Paşa Yalısında evlənən cütlüyün iki oğulları dünyaya gəlib. 

"Təbiilik və səmimiyyət" qeydi ilə paylaşılan foto qısa müddətdə minlərlə bəyənmə qazanıb.

556484

Həmidə İbrahimova

Seçilən
11
1
olke.az

2Mənbələr