AZ

Harvardda Epşteyn qalmaqalı: Sabiq nazir də getdi

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ-nin sabiq maliyyə naziri Larri Samers həbsxanada ölü  tapılan Ceffri Epşteynlə əlaqələrinin üzə çıxmasından sonra Harvard Universitetindəki akademik və inzibati vəzifələrindən istefa vermək qərarına gəlib.

“Cebheinfo.az” xəbər verir ki, Samers bununla bağlı açıqlamasında cari tədris ilinin sonunda Harvarddan təqaüdə çıxacağını bildirib.

O açıqlamasında, "50 il əvvəl magistr tələbəsi kimi gəldiyim və o vaxtdan dərs dediyim Harvarddakı minlərlə tələbə və həmkarıma minnətdaram”, - deyə bildirib.

O əlavə edib ki, rəsmi vəzifələri olmadan, təqaüdçü professor kimi qlobal iqtisadi məsələlər üzrə araşdırma, təhlil və şərhlərini davam etdirməyi planlaşdırır.

Harvardın sözçüsü Ceyson Nyuton istefa qərarını təsdiqləyib. O bildirib ki, Samers inzibati vəzifəsindən də ayrılır. Nyutonun sözlərinə görə, Harvard "Kennedy School"un dekanı Ceremi Vaynştayn universitetin hökumət tərəfindən yaxın vaxtlarda açıqlanan Ceffri Epşteyn sənədləri ilə bağlı apardığı araşdırma çərçivəsində professor Larri Samersin Mossavar-Rahmani Biznes və Dövlət İdarəçiliyi Mərkəzinin həmsədri vəzifəsindən istefasını qəbul edib. Bildirilib ki, Samers tədris ilinin sonunadək məzuniyyətdə olacaq.

Qeyd edək ki, Samers Bill Klinton administrasiyası dövründə ABŞ-nin maliyyə naziri vəzifəsində çalışıb, 2001-2006-cı illərdə isə Harvard Universitetinin prezidenti olub. Onun adı ictimaiyyətə açıqlanan Epşteyn sənədlərindən sonra yenidən gündəmə gəlib.

Məlumata görə, Samerslə Epşteyn arasında uzun illərə dayanan yaxın şəxsi münasibətlər olub. Bildirilir ki, Samers Epşteynin həbsindən az əvvələdək onunla müntəzəm əlaqə saxlayıb, şəxsi həyatı ilə bağlı məsləhətlər alıb və Epşteynin 2014-cü il tarixli vəsiyyət layihəsində ehtiyat qəyyum kimi göstərilib. 

Əfsanə 

“Cebhenfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr